Tramp vəd verib - Bütün ABŞ əhalisinin vətəndaşlığını öyrənəcək

ABŞ prezidenti Donald Tramp öz administrasiyası tərəfindən ölkədə yaşayan bütün sakinlərin vətəndaşlığının öyrənilməsi üçün bu gün qərar imzalayacaq
###reklam250###

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp bütün nazirliklərdən və federal rəhbərlik idarələrindən bütün sakinlərin vətəndaşlıq məlumatlarını əldə etməyi planlaşdırır.

“Onlar səlahiyyətlərində olan bütün yazıları dərhal verməlidirlər”, – deyə ABŞ lideri bildirib.

Tramp ölkədə nə qədər amerikalının qaldığını öyrənmək üçün “hər daşın altına baxacağına” dair vəd verib.

pia.az