Əli Əhmədov ABŞ-a gedib

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə edib
###reklam250###

Səfərdə məqsəd iyulun 15-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı BMT-yə təqdim etməkdir.

Konfrans BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək.

Bu, Azərbaycanın təqdim edəcəyi sayca ikinci hesabatdır. /Report

pia.az