Əhliman Əmiraslanov: "Azərbaycanda icbari tibbi sığortaya tez keçilməlidir"

“İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək, müvafiq dəyişikliklər ediləcək”
###reklam250###

Bunu “Azərbaycanın icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin bağlanış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, Azərbaycanda icbari tibbi sığortaya tez keçilməlidir: “Bunun üçün bütün addımlar atılır. Dünyanın inkişaf etmiş ölkələrindəki icbari tibbi sığorta sistemi öyrənilib. Ölkədə bu sistemə keçdikdən sonra əhaliyə göstərilən tibbi xidmətin də səviyyəsi yüksələcək”.(Report)

pia.az