Bakı-Böyük Kəsik qatarının hərəkət cədvəli dəyişdirilir

İyulun 15-dən Bakı-Ağstafa sürət qatarının ləğv olunması və Bakı-Böyük Kəsik sərnişin qatarına birləşdirilməsi ilə əlaqədar 2-cinin hərəkət qrafiki dəyişdirilir  
###reklam250###

PİA.AZ bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Belə ki, qatar Bakıdan saat 23:00-da yola düşəcək və növbəti gün saat 08:50-də Böyük Kəsikə çatacaq.

Böyük Kəsikdən isə qatar saat 20:20-də çıxacaq və növbəti gün saat 06:30-da Bakıya çatacaq.

pia.az