Latviyanın kurort şəhərində azərbaycanlının meyiti tapıldı

Latviyanın kurort şəhəri Yurmalada azərbaycanlının meyiti tapılıb
###reklam250###

Bu, Latviya vətəndaşı, əslən Azərbaycanın Lənkəran rayonundan olan 1974-cü il təvəllüdlü İbadullayev Qulu Dadaş oğludur.

Onun meyiti dəniz kənarında yarıçılpaq vəziyyətdə aşkar olunub. Azərbaycanlının dənizdə çimərkən boğularaq öldüyü ehtimal olunur.

Q.İbadullayev Latviyada dəfn olunub.(Report)

pia.az