NATO-nun ekspert qrupu Azərbaycana gəlib

Bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb
###reklam250###

Azərbaycan Ordusunun Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun ekspert qrupu ilə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin professor-müəllim heyəti arasında görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

İyulun 10-dək davam edəcək tədbirdə NATO-nun ekspert qrupu tərəfindən distant təhsilinin prinsipləri, onun platformasının və təhsil modullarının yaradılmasına dair təqdimatlar verilir və praktik məşğələlər keçirilir.

pia.az