Masallıda 8 nəfərin öldüyü dəhşətin təfərrüat: toydan qayıdırmışlar

Masallıda baş verən ağır qəzanın bəzi təfərrüatı məlum olub
###reklam250###

"Mersedes Vito"nun sərnişinləri Masallıdan Bakıya toya gəliblərmiş. Hadisə toydan qayıdan zaman olub. Mikroavtobusda olanların qohum olduqları bildirilir.

Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Milanə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır. Hər iki şəxsin vəziyyəti yaxşıdır.

pia.az