“Səbail”in Avropa Liqasındakı oyununun hakimləri dəyişdirilib

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Səbail" - “Universitatya Krayova” (Rumıniya) qarşılaşmasının hakim təyinatında dəyişiklik edilib
###reklam250###

İyulun 11-də “ASCO Arena”da keçiriləcək görüşü maltalı hakimlər briqadası idarə edəcək.

Öncədən qarşılaşmaya Ville Nevalaynenin başçılıq etdiyi finlandiyalı hakimlərin təyinat alsalar da, sonradan qərar dəyişdirilib.

Maltalı Fyodor Zammit matçın referisi təyin edilib. Baş hakimin köməkçiləri Dunkan Sultana və Teodore Zammit, dördüncü hakim isə Mario Apap olacaq.

UEFA nümayəndəsi vəzifəsini Patrik Vattebled (Fransa), hakim-inspektor funksiyasını Miroslav Vitkoviç (Xorvatiya) yerinə yetirəcək.

Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.(APA)

pia.az