14 məhkum zəhərlənərək öldü - Müəmmalı hadisə

14 məhkum zəhərlənmə nəticəsində ölüb

PİA.az teleqraf.com-a istinadən xəbər verir ki, bu faciəvi hadisə Tacikistanda baş verib.

Tacikistan Pentensiar Xidmətinin yaydığı açıqlamada qeyd edilib ki, ölkənin qərbindəki Soğd vilayətində yerləşən 3 həbsxanadan 128 məhkum paytaxt Düşənbə yaxınlığındakı başqa həbsxanaya köçürülüb.

Məhbusların etapı zamanı onlardan biri 3 ədəd çörəyini 16 məhbusla bölüşüb. 30 dəqiqədən sonra isə çörək yeyən məhkumlarda qusma və baş ağrısı başlayıb. Bu səbəbdən də məhkumları daşıyan avtomobillər Düşənbə yaxınlığındakı cəzaçəkmə müəssisəsinə çatana qədər 14 məhbus ölüb. İki məhbusun həyatını xilas etmək isə mümkün olub.

Qeyd olunur ki, zəhərlənmə nəticəsində ölən məhkumlar 20-42 yaş arasındadırlar. 112 məhkumun səhhəti isə normaldır.

pia.az