Zərdabda tenderləri niyə davamlı olaraq “Veteks ” MMC udur?

İcra başçısı Lütvəli Babayev və Zərdab şəhər icra nümayəndəsi Hafis Kərimovun saxta yollarla “Veteks ” MMC şirkətini tenderlərin qalibi elan edildiyi iddia edilir

Azərbaycanın rayonlarında həyata keçirilən quruculuq abadlıq işləri üçün keçirilən tenderlərdə icra başçlıarına yaxın olan şəxslərin şirkətlərinin qalib olması artıq adi hal alıb. On manatlıq şirkətlərə milyonlarla manat vəsaitlər köçürdülərək abadlıq, quruculuq işləri adı altında dövlət vəsaitlərinin mənimsənilməsi barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilib.

Belə şikətlərdən biridə Zərdab rayonunda icra hakimiyyətinin əsas tenderlərini “udan” “Veteks” MMC şirkətidir. Zərdab rayonu, Çallı kəndi sakini Məmmədov Mehman Məhəmməd Bunu “Hürriyyət” qəzetinin elektron ünvanına yazdığı məktubda iddia edir ki, icra başçısı Lütvəli Babayev və Zərdab şəhər icra nümayəndəsi Zərdab şəhər icra nümayəndəsi Hafis Kərimov sahibkarlığa kölgə salaraq tenderləri özlərinə yaxın olan şəxsə verirlər. M.Məmmədov qeyd edib ki, o, “Simvol-2012” MMC-nin direktorudur: “Cənab prezidentimizin sahibkarlığa önəm verdiyi bir vaxtda Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev və Zərdab şəhər icra nümayəndəsi Hafis Kərimov sahibkarlığa kölgə salaraq, saxta yollarla tenderlər keçirərək “Veteks ” MMC şirkətini tenderin qalibi edirlər. “Veteks” MMC şirkətinin rəhbəri Vüqar Aslanov adlı şəxsin gördüyü işlərin kağız üzərində adı var, amma görülən işlər yox dərəcəsindədir. Bütün bunlarla əlaqədar cənab Prezidentimizə müraciətlər etmişəm ki, 2017/18-ci illərdə Zərdab rayonunda görülən işlərin mənim iştirakımla yoxlanılması barədə komissiya ayrılsın”. Bildirək ki, “Veteks ” MMC şirkəti Zərdabdan başqa Beyləqan rayonundada 2017-2018 ci illərdə əsas tenderlərn qalibi olub. Şirkətin sahibi Vüqar Aslanovun Beyləqan sabiq icra başçısı Vaqif Abdullayevlə yaxın dostlu münasibətləri mövcududur. Məhz buna gördə Vaqif Abdullayevin Beyləqan icra başçısı olduğu dönəmdə böyük məbləğli tenderlərin qalibi Vüqar Aslanova məxsus başqa bir “Veteks -2017” MMC şirkəti olub.

Bu barədə ölkə mətbuatında dəfələrlə məlumatlar işıqlandırılıb. Həmin məlumatlarda qeyd edilirdi ki, “Veteks -2017” MMC şirkəti Vaqif Abdullayevlə bərabər Beyləqan rayon icra hakimiyyətinin daxili büdcəsindən və Prezident İlham Əliyevin rayonun abadlaşdırılması üçün ayırdığı vəsaitin böyük hissəsini mənimsəyiblər. Belə ki, “Veteks -2017” MMC şirkətinin Beyləqan rayonunda yerləşən yaşayış binalarının dam ötüklərinin dəyişdirilməsi, fasadlanması və sair gördüyü işlərin əksəriyyətində istifadə olunan mal-matrealların qiymətləri şişirdilməklə bərabər, həmdə keyfiyyətsiz görülüb. Qeyd edilən işlərdə sabiq başçı ilə ortağının külli miqdarda vəsait mənimsənildiyi bildirilir. Ancaq icra baçısı Vaqif Abdullayev olduğu üçün şirkətin gördüyü bütün işlər rayon icra nümayəndəliyi tərəfindən təhvil götürülüb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az