Şəki UNESKO-nun Dünya İrs Siyahısına salınıb

Şəki şəhərinin tarixi mərkəzi (Xan Sarayı da daxil olmaqla) UNESKO-nun Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil edilib
###reklam250###

Bununla bağlı qərar UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası zamanı verilib.

Müzakirələr olduqca gərgin keçib. Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi çıxış edərək bu irsin Dünya İrs Siyahısına daxil edilməmsinin məqsəduyğun olmadığını bildirib. Bir sıra ölkələr – Küveyt, Çin, Tunis, Qvatemala, Kuba, İndoneziya, Kuba, Qırğızıstan, Burkina Faso siyahıya daxil edilmələsinin tərəfdarı kimi çıxş edib. Nəticədə qərar müsbət olub.

Qeyd edək ki, Dünya İrs Siyahısına bütün dünya üzrə 167 dövlətə məxsus cəmi 1113 təbii və mədəni irs nümunəsi daxildir. İndiyədək Dünya İrs Siyahısına Azərbaycandan cəmi 2 irs nümunəsi daxil idi. Bunlar 2000-ci ildə siyahıya daxil edilmiş İçərişəhər (Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birgə) və 2007-ci ildə siyahıya daxil edilmiş Qobustan qayaüstü təsvirləridir.

pia.az