Milli komanda 0:1 hesabı ilə uduzdu, federasiya başçısı istefa verdi

Misir Futbol Assosiasiyasının (MFA) başçısı Xani Abo Rida ölkə millisinin Misirdə keçirilən Afrika millətlər kubokunun 1/8 finalında məğlubiyyətə uğramasından sonra istefaya gedib
###reklam250###

Afrika millətlər kubokunun 1/8 final matçında Misir millisi Cənubi Afrika Respublikasının komandasına 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra, həmçinin meksikalı məşqçi Havyer Aqirre başda olmaqla, bütün məşqçi heyəti istefaya göndərilib.

Misir millisinin ev turnirindəki uğursuz çıxışına görə məsuliyyəti 60 yaşlı meksikalı məşqçı Havyer Aqirre öz üzərinə götürüb.(AzərTAc)

pia.az