Ucarda 3 yaşlı körpənin üzərinə qaynar su tökülüb

Ucar rayonunda 3 yaşlı körpənin üzərinə qaynar su tökülüb
###reklam250###

"Report"un məlumatına görə, hadisə rayonun Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, 2016-cı il təvəllüdlü Dəniz Roman qızı Məmmədlinin ehtiyatsızlıqdan üzərinə qaynar su tökülüb.

Nəticədə körpə qız qarının ön divarının termiki yanığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az