Sumqayıt-Bakı qatarı 26 dəqiqə gecikdi

Bu gün səhər saatlarında Sumqayıt-Bakı elektrik qatarının fəaliyyətində problem yaranıb
###reklam250###

PİA.AZ “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, dəmir yolunun Biləcəri-Keşlə mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb.

Qurumdan bildirilib ki, problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir.

pia.az