Ölkənin ən arzuolunan iş məkanında - Azercell-də 1 gün

Azercell-in təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıb
###reklam250###

Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC 28 iyun tarixində ilk dəfə olaraq “Azercell-də 1 gün” adlı tədbir təşkil edib.

Bununla da Azercell tədbirə qatılan qonaqlara şirkətin iş mühiti ilə yaxından tanış olmaq və İT sahəsinin aparıcı ekspertləri ilə məlumat mübadiləsində iştirak etmək üçün əvəzolunmaz fürsət yaradıb. Azercell-in İT və Big Data departamentlərinin mütəxəssisləri “Data Engineering and Machine Learning” kimi dövrün ən aktual mövzularına toxunaraq, öncədən müraciət əsasında seçilən 40-dək qonaq ilə öz zəngin təcrübələrini bölüşüblər və telekom sahəsinin ən son trendləri haqqında geniş məlumat təqdim ediblər.

##relatedPost2##

Tədbirdə iştirak edən müxtəlif şirkət əməkdaşları və ali təhsil müəssisələrinin tələbələri rəqəmsal dünyanın yenilikləri ilə tanış olmaq imkanından da yararlanılbar.

Azercell Telekom bundan sonra da müasir gənclərin öz potensial imkanlarını reallaşdırması və peşəkar maraqlarının üzə çıxarılması məqsədilə müxtəlif təşəbbüs və layihələri həyata keçirməyə davam edəcək.

Şirkətin İnsan Qaynaqları Departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!

pia.az