İsveçrə Gülnarəyə görə 555 milyonu Özbəkistana qaytarmadı

İsveçrə hökuməti mərhum Prezident İslam Kərimovun qızı Gülnarənin işi üzrə əlaqəli 555 milyon dolları Özbəkistana geri qaytarmağı dayandırıb
###reklam250###

Bu barədə hazırda Özbəkistanda Zanqiota koloniyasında saxlanılan Kərimovanın vəkili Qreqoru Manja tvitter mikrobloqunda məlumat verib.

“İsveçrənin Federal Cəza Məhkəməsində (1 iyul) üçüncü böyük qələbə. 555 milyon dolların geri qaytarılması dərhal dayandırıldı”, - deyə Manja yazıb.

Onun fikrincə, pul köçürmələrinin dayandırılması Gülnarənin koloniyada səhhətinin pisləşməsi ilə əlaqədardır.

Özbəkistanın rəsmi şəxsləri hələ ki, bu informasiyanı şərh etməyiblər.

Xatırladaq ki, 2013-cü ilin oktyabrında Özbəkistanda Gülnarə Kərimovaya qarşı 2001-2013-cü illərdə cinayətkar qruplaşmanın tərkibində xərac toplama və vergidən yayınma ittihamları üzrə cinayət işi açılmış, 2015-ci ilin avqustunda məhkəmə onun haqqında 5 illik azadlıqdan məhrumetmə hökmü çıxarmışdı. 2017-ci ildə isə Özbəkistan Prokurorluğu Kərimovaya qarşı bir sıra ittihamlar üzrə istintaqın davam etdiyini bildirərək onun haqqında həbs qətimkan tədbiri seçmişdi. Hər iki cinayət ittihamı üzrə dəyən zərərin məbləği 2 milyard dollar göstərilib. Qruplaşmanın 12 ölkədə, o cümlədən Rusiyada 1,5 milyard dollar məbləğində səhmlərinə həbs qoyulub. (Qafqazinfo)

pia.az