Paşinyanın arvadı aprel döyüşlərində yaralanmış əsgərə köməkdən imtina etdi

Ermənistanda aprel döyüşlərinin iştirakçısı Hayk Sexliyanın həyatı üçün təcili 35 min avro tələb olunsa da, Paşinyan hakimiyyəti maddi vəsaiti təmin etməkdən imtina edir
###reklam250###

Bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrə görə, alman mütəxəssislər bu məbləğ qarşısında erməni çavuşun həyatını xilas edəcəklərinə dair zəmanət veriblər.

“Sexliyanın bədənində qalmış üç qəlpədən biri onun həyatı üçün təhlükə yaradıb. Haykın pulu yoxdur, Müdafiə Nazirliyi bir çox məsələlərdə ona kömək edib, bundan daha artığını etmək mümkün deyil. Çavuş Baş nazir Nikol Paşinyana müraciət edib, lakin iki görüşdən sonra vəd verilən söz sadəcə havada qalıb”, - deyə məlumatda bildirilir.

Sexliyan qeyd edir ki, Paşinyan bu məsələ ilə məşğul olmaq üçün köməkçilərinə göstəriş verib, lakin bu günə qədər cavab yoxdur.

“Əsgər evi” və başqa bir məsələyə görə, iki dəfə Baş nazirlə görüşmüşəm. Hər iki görüşdə cavab nə müsbət, nə də mənfi oldu. Baş nazir mənim məsələmlə məşğul olmaq üçün köməkçilərinə göstəriş verdi, lakin bu günə qədər cavab yoxdur. Bu iki görüşdən sonra hakimiyyət rəhbərinə üçüncü dəfə məktub yazdım. Yenə də cavab olmadı”, - deyə Sexliyan bildirib.

Ermənistan səhiyyə naziri Arsen Torosyan da bu məsələdən xəbərdar olduğunu bildirib: “Baş nazirlə görüş zamanı “Əsgər evi”nə səfər etmiş nazirlə üz-üzə görüşdüm. Məsələ ilə bağlı ona məlumat verilib. O isə mənə nə müsbət, nə də mənfi cavab verdi”.

Onun sonuncu və ən böyük ümid yeri Paşinyanın arvadı Anna Hakobyan olsa da, o da kömək etməkdən imtina edib.

“Böyük gözləntilərlə ötən həftə Anna Hakobyana müraciət etdim. Belə bir cavab gəldi ki, əsgərin tibbi yardım məsələlərinin həll edilməsi işlərinə daxil deyil və onlar “Əsgər evi” mərkəzini dəstəkləyirlər”, - deyə aprel döyüşlərinin iştirakçısı qeyd edib.(virtualaz.org)

pia.az