“Qarabağ” sonuncu yoxlama matçına çıxacaq

Bu gün "Qarabağ" Avstriyada təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq
###reklam250###

PİA.AZ klubun rəsmi saytına istinadən bildirir ki, komanda Çexiya "Viktoriya"sı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.

pia.az