Gəncədə polis əməliyyatı: Cibgir qadın və narkotacir yaxalandı

Gəncədə ictimai nəqliyyatda cibgirlik edən qadın saxlanılıb
###reklam250###

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində xətt avtobusunda bir qadının çantasından 32 manat nağd pulu və ümumi dəyəri 410 manat olan qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 59 yaşlı Samux rayon sakini Səlminaz Həsənova saxlanılıb.

Eyni zamanda, Gəncə sakini Nəsimi Hüseynovdan 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.Polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb. Belə ki, şəhər sakini, 39 yaşlı Nəsimi Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə dibçəklərdə becərilmiş, ümumi çəkisi 6 kiloqram 674 qram olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. (Bakupost.az)

pia.az