Nazirdən işçilərinə tələb: Bahalı maşınlarınızı satın…

Xalqa “DOST” olmağa çalışan Sahil Babayev öz işçilərinə bahalı maşınlarını satmağı əmr edib…
###reklam250###

2018-ci ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təyinat aldıqdan sonra böyük ümidlər doğuran, lakin ümidləri doğrulda bilməyən Sahil Babayevin işçilərindən yeni tələbi Nazirlikdə heç də bir mənalı qarşılanmayıb.

PİA.az-a daxil olan məlumata görə Sahil Babyev Nazirliyin işçilərindən işə bahalı maşınla gəlməmələrini tələb edib. Hətta nazirin işçilərdən öz adlarına olan maşınları satmağı, ya da başqa bir şəxsin adına keçirməyi tələb etdiyi də iddia olunur.

Təyinat aldıqdan sonra pafoslu çıxışları korrupsiyaya qarşı mübarizə aparacağını bildirən Sahil Babayev bir neçə məmuru tutduğu vəzifədən azad etsə də Əmək və Sosial Müdafiə Nazirliyi əhalinin ən çox narazı qaldığı nazirliklərdən biri, bəlkə də birincisidir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin və şəxsən nazir Sahil Babayevin fəaliyyətinin davamlı olaraq mətbuatda tənqid olunması da narazılığın yüksək səviyyədə olmasının göstəricisidir.##relatedPost2##

Mənbə PİA.az-a bildirib ki, Naazirliyin qarşısında bahalı maşınların diqqət çəkməsindən narahat olan Sahil Babayev işçilərindən ya piyada, ya da ucuz və köhnə maşınlarda işə gəlməyi tələb edib. Şəxsi maşınlarını satdırmaq tələbi isə bəzilərinin heç də xoşuna gəlməyib. Onlar nazirin bu tələbini narazılıqla qarşılayıblar. Mənbə bildirib ki, buna baxmayaraq Sahil Babayevin oxlarına tuş gəlməmək üçün öz şəxsi maşınlarını satanlar da az deyil.

Lakin gördüyümüz kimi Sahil Babayevin bütün bu cəhdlərinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı mətbuatda tez-tez rüşvət iddiaları ilə hallanır. Hakimiyyət isə Sahil Babayevə hələ ki, etimad göstərir. May ayında ilk inzibati binasının açılışı olan Dayanıqlı və Operativ Sosial Təminat agentliyi ilə xalqın da “DOST”-u olmağa çalışan Sahil Babayevin bu addımlarının ictimaiyyətdə necə qarşılanacağı isə hələ sual doğurur...

pia.az