Əsabil Qasımovdan Nəsimi sakinlərinə qarşı inanılmaz zorakılıq - Etiraz...

Deputatın adamları “Dövlət bizik, bizə kimsə bata bilməz”, deyərək sakinlərin əşyalarını pəncərədən atıb və evi qarət ediblər...
###reklam250###

Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu Sahib Zeynalov 19 ünvanda yerləşən binanın sakinlərinin evini uçurub. Bu barədə “Azad Söz” “Youtube” kanalında yayılan ürəkdağlayan reportajda bildirilir.

Kanala danışan Nəsimi rayon sakinləri evdə olmadıqları vaxtda deputat Əsabil Qasımova aid olan şirkətin işçilərinin onların evinə girərək əşyalarını pəncərədən çölə atdıqlarını və evdəki digər əşyaları qırıb tökdüklərini bildiriblər. Şikayətçi Məmmədova Esmira Tahir qızı, həmçinin evindən qızıl əşyalarının da götürüldüyünü iddia edib.Hazırda bir neçə ailənin küçədə qaldığı və mənzillərinə buraxılmadığı qeyd olunur.

Qeyd edək ki, tikinti şirkətlərinin Bakıda sakinləri zorla köçürmələri artıq adi hal alıb. Bu işdə tikinti şirkətlərinin əsas yardımçısı rolunda isə icra hakimiyyətləri çıxış edir. Elə bu hadisədə də sakinlər Əsabil Qasımovun işçilərinin onların evinə polislərlə girdiyini bildirirlər.

Dövlət başçısı vətəndaşların rifah alının yaxşılaşdırılmasına yönəlik islahatlar həyata keçirdiyi bir vaxtda deputatın mövqeyini anlamaq olmur. Bu tipli özbaşınalıqlara görə isə demək olar ki, heç kim cəzalandırılmır...Videonu təqdim edirik:

pia.az