Karateçimiz Roman Heydərov bürünc medalı qazanıb

İyunun 29-da - "Minsk 2019" ikinci Avropa Oyunlarında karate yarışlarının birinci günündə təmsilçimiz Roman Heydərov bürünc medalı qazanıb
###reklam250###

Kata yarışlarındakı yeganə təmsilçimiz R.Heydərov bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorquneri məğlub edib - 25:46-24:54.

Xatırladaq ki, B qrupunda ilk çıxışında 24,63 xal toplayaraq növbəti mərhələyə yüksələn karateçimiz bu mərhələdə 25,40 xal yığaraq bürünc medal uğrunda mübarizədə iştirak hüququ qazanıb.(Trend)

pia.az