Binəqədidə qısqanc ər arvadının boğazını kəsdi - Təfərrüat

Qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Tufan Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
###reklam250###

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında paytaxtın Binəqədi rayonunda baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov arvadı 1979-cu il təvəllüdlü Lalə Həsən qızı Qurbanovanın boğazını kəsib.

Qətli törtəməkdə şübhəli bilinən Tufan Qurbanov Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, kişi arvadını qısqanclıq zəmnində qətlə yetirib.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.(Ölkə.az)

pia.az