Nazir müavini: “Gələn il ali məktəblərə qəbul göstəricisi 6,4% artacaq"

“Orta məktəblərdə sığorta ilə bağlı xüsusi dərsliklər olmasa da, “Həyat Bilgisi” dərsliyində sığorta haqqında məlumat verilib”
###reklam250###

Bunu Bakıda keçirilən “Sığorta Forumu”nda çıxış edən Azərbaycan Təhsil nazirinin müavini İdris İsayev deyib.

İ.İsayevun sözlərinə görə, 4-cü və 8-ci siniflərin “Həyat bilgisi” sığortaya dair məlumatlar yer alıb.

“Son 5 ildə ali məktəblərə qəbulun səviyyəsi 20,8% artıb. Bu artım tendensiyası növbəti tədris ilində də davam edəcək. Növbəti təhsil ilində bu rəqəm 6,4% artacaq. Bu isə ümumilikdə 4500 tələbə deməkdir”, – o, əlavə edib.

Nazir müavini deyib ki, peşə məktəblərində sığorta sahəsi üzrə peşəkar kadrlar hazırlanır:

“Peşə təhsili pilləsində sığorta agenti ixtisası üzrə hər il təxminən 80 nəfər tələbə qəbul olunur. Orta ixtisas təhsili pilləsi üzrə isə hər il sığorta işinin təşkili ixtisası üzrə 200-ə yaxın qəbul planı hıyata keçirilir. Ali təhsilin magistratura pilləsində 16 tələbə sığorta işinin təşkili üzrə, 30 tələbə isə sığorta idarəetməsi ixtisası üzrə təhsil alır”. (Report)

pia.az