Qabiliyyət imtahanına qeydiyyat bu gün başa çatır

V qrup, bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat bu gün başa çatır
###reklam250###

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, həmin komissiyalar üzrə qeydiyyat bu gün saat 23:59-da dayandırılacaq.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.

Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər. (Yeni Sabah)

pia.az