Pentaqon: İran vəziyyəti gərginləşdirir

ABŞ İranla müharibəyə can atmır, lakin Hörmüz körfəzində gəmilərin təhlükəsizliyni təmin etməyə hazırdır və NATO-dakı müttəfiqlərini də bu səylərinə qoşulmağa çağırır
###reklam250###

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Mark Esper bildirib.

“ABŞ İranla müharibə istəmir. Lakin neçə ildir biz İran və ya müttəfiqləri tərəfindən gəmilərə hücumlar görürük, ABŞ-a məxsus dronu da vurublar. İran gərginliyi artırır. Mən onları sözlə əməllərini ölçüb-biçməyə çağırıram. Biz regionda hərbi münaqişədə maraqlı deyilik, amma ABŞ-ın regiondakı maraqlarını müdafiə etməyə hazırıq. Qoy heç kim təmkinliyi zəiflik kimi başa düşməsin", - Mark Esper deyib.

pia.az