Tramp G20 sammitində iştirak etmək üçün Osakaya gəlib

ABŞ Prezidenti Donald Tramp iyunun 28-29 da “İyirmilik” qrupu sammitinin keçiriləcəyi Osaka şəhərinə gəlib
###reklam250###

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Amerika liderinin təyyarəsi şəhərin şimal hissəsində adətən daxili reyslər üçün istifadə edilən İtami aeroportuna enib. Digər dövlət başçıları sammitin keçiriləcəyi yerin yaxınlığında yerləşən Kansay beynəlxalq aeroportuna gəliblər, yaxud gələcəklər.

Sammit çərçivəsində Trampın bir sıra ikitərəflı görüşlər keçirəcəyi bildirilir. Bu sırada ABŞ Prezidentinin Rusiya, Çin, Türkiyə, Yaponiya liderləri ilə planlaşdırılan görüşləri daha çox maraq doğurur.

pia.az