Minskdə qadın güləşçilərimiz mübarizəyə qoşulur

Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunları davam edir
###reklam250###

Bu gün müxtəlif çəki dərəcəsi üzrə daha 4 qadın güləşçimiz yarışacaq.

50 kq

Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verəcək. Onun rəqibi Emanuela Liuzzi (İtaliya) / Anna Lukasiak (Polşa) görüşünün qalibi olacaq.

57 kq

Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə qarşılaşacaq.

62 kq

Elmira Qəmbərova 1/8 finalda Luzi Manke (Almaniya) ilə üz-üzə gələcək.

76 kq

Səbirə Əliyeva ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə mübarizəyə qoşulacaq.

pia.az