Keçmiş nazir yenidən ağır vəziyyətdə - Təcili əməliyyat olunacaq

Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib
###reklam250###

Keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.

Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunmaq ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlər var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir. O, bir müddət əvvəl Türkiyədə müalicə olunaraq Azərbaycana qayıtmışdı. (baku.ws)

pia.az