Almaniyanın Azərbaycandakı səfiri ölkəsinə döndü

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabın diplomatik missiyası başa çatıb
###reklam250###

PİA.Az Report-a istinadla bildirir ki, o, bu barədə aşağıdakı müracəti yayıb:

“Sizinlə vidalaşmalıyam. Azərbaycanda üç illik diplomatik fəaliyyətim dövründə gözəl ölkənizlə yaxından tanış oldum. Hər yerdə insanlar məni mehriban qarşılayırdılar, ölkəmə qarşı sevgi hiss edirdim. Siyasi və iqtisadi təmaslar vasitəsilə, habelə təhsil proqramları vasitəsilə ölkələrimizi yaxınlaşdırmaq mənim üçün olduqca xoş olub.

Mənə qarşı səmimiyyətiniz üçün sağ olun!”.

pia.az