Tbilisidəki etirazlara görə Saakaşvili ittiham olundu

Rus turistlərin ölkəyə gəlməməsi nəticəsində yaranan maliyyə itkilərinə görə Gürcüstan hökümətində keçmiş Prezident Mixail Saakaşvili tərəfindən idarə olunan güclər günahkardır
###reklam250###

Bunu Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze “İzvestia” nəşrinə müsahibəsində deyib.

Sabiq spiker hesab edir ki, Saakaşvili öz məqsədinə çatmaq üçün “daxili qarşıdurmaya” gedə bilər: “Saakaşvili yalnız öz oyununu oynamır. O, ABŞ kəşfiyyatının maraqlarına uyğun hərəkət edir”.

Burcanadze əlavə edib ki, ölkənin hazırkı rəhbərliyi Qərb mütəffiqləri ilə əlaqələrin pozulmaması üçün Rusiya ilə dialoqa girməkdən çəkinir.

pia.az