Minsk-2019: Gimnastlarımız batutda 5-ci olub  

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında batut gimnastikası yarışlarına start verilib
###reklam250###

Azərbaycan təmsilçiləri Ruslan Ağamirov və İlya Qrişunin kişilərin sinxron hərəkətlərində qüvvələrini sınayıblar.

Gimnastlarımız 47,900 xalla 5-ci yeri tutublar. Yarışın qalibi adını isə polşalılar Lukaş Yavorski və Artur Zakrşevski qazanıb. Onların çıxışı 51,450 xalla qiymətləndirilib.(APA)

pia.az