Almaniyada iki qırıcı təyyarə toqquşub

Almaniyanın Meklenburq-Qərbi Pomeraniya əyaləti ərazisində, Şverin şəhərinin 80 kilometrlik məsafəsində ölkənin hərbi hava qüvvələrinə məxsus iki “Euriofighter” tipli qırıcı təyyarə toqquşub
###reklam250###

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, meşəlik ərazidə baş verən hadisədə hər iki pilot katapult edib.

Hərçənd SVZ nəşrinə görə, təyyarələrin bəzi parçaları yaşayış sahəsinə düşüb.(Report)

pia.az