Sami Yusuf Bakıya gəlib

Azərbaycan əsilli müğənni Sami Yusuf Bakıya gəlib
###reklam250###

Bu barədə sənətçi öz "İnstagram" hesabından məlumat verib.

Sənətçi Dənizkənarı Milli Parkda çəkdirdiyi fotonu paylaşaraq "Gözel Bakıdan həzz alıram" deyə yazıb.

Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən "İslamın ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur ingilis müsəlmanı” elan olunub.(Report)

pia.az