Qadını təyyarədə unutdular

Kanada da qəribə hadisə yaşanıb
###reklam250###

9 iyunda Quabestdən Torontoya uçan Tiffanı Addams adlı qadın təyyarədə yatıb qaldığını və orada unudulduğunu “Facebook” ünvanında yazıb. Araşdırmalardan sonra qadının dediklərinin doğru olduğu sübuta yetirilib. Təyyarədə qalan qadın yaşadıqlarını kabus adlandırıb:

“Oyandıqda hər yer qaranlıq və qorxulu idi. Sanki, kabus görürdüm. Oturduğum yerdə idim və kəmər bağlı idi. Təyyarə endikdən 1 neçə saat sonra yuxudan oyanmışdım. Deyəsən, yaddan çıxarılmışdım. Qorxub dostum Deanna Daleyə zəng etdim. Amma onunla çox danışmağa imkanım olmadı. Telefonda zaryatkanın bitməsi buna mane oldu. Daha sonra dostumun sayəsində buradan çıxarıldım. O, Torontodakı “Perason” hava yollarına zəng edərək hadisəni onlara xəbər vermişdi”.(Yeni Sabah)

pia.az