Azərbaycanın sambo yığması Oyunları 3 medalla bitirib

Azərbaycan yığması Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının 7-ci medalını qazanıb
###reklam250###

Növbəti mükafat sambo yarışlarında gerçəkləşib.

52 kq çəki dərəcəsində çıxış edən samboçumuz Ağasif Səmədov 4 bürüncü də olan millimizin hesabına 3-cü gümüş mükafatı yazdırıb. O, finalda ermənistanlı Tiqran Kirakosyanla qarşılaşıb. 1/4 finalda litvalı Gintaras Katkusu 5:0, yarımfinalda belaruslu Maksim Krasinskini məğlub edərək finala yüksələn təmsilçimiz bu dəfə yenilgiylə üzləşib.

Qeyd edək ki, bu gün xalça üzərində çıxan digər iki samboçumuz yarışı mükafatsız başa vurub. Cavidan Qarayev (62 kq) bürünc medal uğrunda qarşılaşmada, Abdulla Abdullayev (74 kq) isə təsəlliverici görüşdə uduzaraq mükafat şansını itirib.

Ümumilikdə isə sambo yığmamız yarışı üç medalla başa vurub. A.Səmədova qədər Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) dünən bürünc mükafat qazanıb.(APA)

pia.az