II Avropa Oyunları: Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medal qazandı

Azərbaycan cüdoçusu Rüstəm Orucov II Avropa Oyunlarında gümüş medal qazanıb
###reklam250###

73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda isveçli Tomas Masiasa məğlub olub.

İsveçli idmançımızı ippona salıb.

Qeyd edək ki, son Olimpiadanın mükafatçısı olmuş Rüstəm Orucov II Avropa Oyunlarının açılış mərasimində bayraqdarımız idi.

Azərbaycanın digər cüdoçusu Hidayət Heydərov isə II Avropa Oyunlarında bürünc medal qazanıb.

O da 73 kq çəki dərəcəsində mübarizə aparıb və üçüncü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.

Beləliklə, Azərbaycanın Minskdə qazandığı gümüş medalların sayı ikiyə, bürünclərin sayı isə dördə çatıb.

pia.az