Donald Tramp Kim Çen Ina məktub göndərdi

Şimali Koreya lideri məmnundur
###reklam250###

“Reuters” agentliyi bildirir ki, Yaponiya və Cənubi Koreyaya səfər ərəfəsində olan ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina cavab məktubu göndərib.

ABŞ administrasiyasının mətbuat katibi Sara Sanders bu xəbəri təsdiq edib: “Məktub prezident tərəfindən göndərilib və hər iki lider tərəfindən yazışmalar davam etdirilir”.

Bir az əvvəl isə Şimali Koreyanın dövlət-xəbər agentliyi “KCNA” bildirib ki, Kim Çen In aldığı məktbun məzmunundan məmnundur və məktubda yer alan maraqlı təkliflərin üzərində düşünür.

Agentlik xatırladır ki, bu ilin fevral ayında ABŞ-Şimali Koreya liderlərinin Vyetnamın Hanoy şəhərindəki “Metropol” hotelində keçirilən sammiti uğursuz olmuşdu.

Yaponiyanın Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında Donald Trampın Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşü gözlənilir.(musavat.com)

pia.az