Bakıda şok yaradan hadisə: yeniyetmə qıza qohumu təcavüz etdi - Təfərrüat

Bakının Suraxanı rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Cabir Paşayevin barəsində cinayət işi açılıb

Cabir Paşayev rayon ərazisində 16 yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Zorakılıq etdiyi qızın ona qohum olduğu bildirilir.

Cabir Paşayevin barəsində polisə şikayət edilib. Şikayət əsasında o, həbs olunub.

İstintaq orqanı tərəfindən Cabir Paşayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib və hakim Ceyhun Qədimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 24-nə təyin olunub.(Teleqraf.com)

pia.az