39 nəfərə qarşı dələduzluq edən maklerin istintaqı başa çatıb

Bakıda dələduzluqda təqsirləndirilən Abdinov Həmid İntiqam oğlunun barəsində aparılan ibtidai istintaq başa çatıb
###reklam250###

H. Abdinov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nəriman Mehdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Cinayət işi üzrə 39 nəfər zərərçəkən şəxs tanınıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarına müraciət edən vətəndaşlar Abdinov Həmid İntiqam oglu tərəfindən aldadıldıqlarını bildiriblər. Belə ki, vətəndaşlar ərizələrində Həmid Abdinovun onlara makler adı ilə torpaq satdığını göstəriblər. Hər bir şəxsdən 5-6 min manat pul alan Həmid Abdinov eyni torpağı onlara göstərərək satıb, hətta sənəd düzəldəcəyinə dair vəd verib. Ancaq bir müddət sonra məlum olub ki, 37 yaşlı H.Abdinovun həmin torpağa ümumiyyətlə aidiyyəti yoxdur. (APA)

pia.az