MDB İqtisadi Şurasının 82-ci iclası keçirilib - Minskdə

İyunun 21-də Belarusun paytaxtı Minskdə MDB İqtisadi Şurasının 82-ci iclası keçirilib
###reklam250###

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov iclasda iştirak edib.

İclasda MDB ölkələrində azad ticarət xidmətlərinin, azad ticarət zonasının yaradılması, bir sıra maliyyə və təşkilati məsələlər müzakirə edilib. Qeyd edilib ki, 2019-cu ilin sonuna qədər azad ticarət xidmətləri ilə bağlı saziş layihəsinin müzakirəsi başa çatdırılacaq. Artıq bir neçə ildir bu saziş layihəsi üzərində müzakirələr getdiyi və bununla bağlı MDB ölkələri arasında ümumi razılaşmalar olduğu bildirilib.

İclasda MDB ölkələri arasında iqtisadi əməkdaşlığın perspektivləri də müzakirə olunub(azərtac).

pia.az