Azərbaycanda məzunların sayı azalır

“2018-ci ildə ümumtəhsil müəssisələrinin 82 486 məzunu olub. Son 14 ildə məzunların sayı 40 622 nəfər azalıb”
###reklam250###

Bu Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb.

Bildirilib ki, bu meyl artıq bir neçə ildir müşahidə olunur: “Son 14 ildə məzunların sayı 33 faiz azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2017-ci illə müqayisədə 2018-ci ildə məzunların sayı 1193 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, sənəd verənlərin tərkibində 2018-ci ilin məzunlarının payı heç də azalmır, əksinə artır. 2018-ci ildə sənəd verənlərin 77.86 faizini (61182 nəfər) həmin ilin məzunları təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63 faiz, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04, 2016-cı ildə 68.31 və 2017-ci ildə 75.83 faiz olub”.

pia.az