Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? – Namizədlər

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək, Təhlükəsizlik Şurasının katibi təyin olundu
###reklam250###

Prezidentin digər sərəncamı isə daxili işlər naziri vəzifəsinə təyinatla bağlı oldu. Belə ki, daxili işlər nazirinin birinci müavini vəzifəsini tutan, general-leytenant Vilayət Eyvazov daxili işlər naziri təyin edildi.

Bu təyinatdan sonra daxili işlər nazirinin birinci müavini vəzifəsi boş olaraq qalır.

Hazırda daxili işlər nazirinin 4 müavini var:

polis general-leytenatları Oruc Zalov,

İsmət Əliyev,

Şahir Məmmədov (həm də Daxili Qoşunların komandanı),

Fazil Quliyev (həm də Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi).

Mümkündür ki, adları çəkilən generallardan hansısa biri daxili işlər nazirinin birinci müavini vəzifəsinə irəli çəkilsin. Amma o da mümkündür ki, həmin postda ümumiyyətlə təyinat olmasın və ləğv edilsin. Çünki təcrübədə əvvəllər belə hal baş verib.(Modern.az)

pia.az