Gürcüstan parlamentinin sədri Azərbaycana səfərini yarımçıq qoydu

İrakli Kobaxidze Gürcüstana qayıdır
###reklam250###

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə baş verən hadisələrlə əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq Gürcüstana qayıdır.

APA “Georgia Online”a istinadən xəbər verir ki, Tbilisiyə qayıdan kimi o, istefa haqda bəyanat verəcək.

Məlumata görə, istefa ilə bağlı qərar artıq qəbul edilib və yaxın saatlarda səsləndiriləcək.Qeyd edək ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

pia.az