Qazaxıstanda təyyarə qəzası: Ölən və yaralılar var

Qazaxıstanda “AN-2” təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib, iki nəfər yaralanıb
###reklam250###

Faciə qurbanının təyyarənin pilotu olduğu deyilir.

Bu barədə “RİA Novosti” ölkənin DİN Fövqəladə hallar komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədova istinadən məlumat verir.

“İyunun 20-si təxminən saat 10 radələrində (Bakı vaxtı ilə 08:00 - red.) Akmolla vilayətinin Selinoqrad rayonunun Rodina kəndindən 10 kilometr aralıda, tarlanın havadan kimyəvi vasitələrlə ziyanvericilərdən təmizlənməsi zamanı “AN-2” təyyarəsi yerə düşüb.

Baş verən hadisə nəticəsində təyyarənin pilotu həyatını itirib, iki ekipaj üzvü müxtəlif dərəcəli bədən və yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb”, - deyə N.Nurəhmədov bildirib.

İnsidentin səbəbləri araşdırılır.

pia.az