Azərbaycanda dizel yanacağının istehsalı 4% artıb

Dövlət Statistika Komitəsi bu barədə açıqlama verib
###reklam250###

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 256,1 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,7% azalıb.

Hesabat dövründə ölkədə 499,8 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 4,2% azdır. İyunun 1-i tarixinə 66,9 min ton həcmində hazır məhsul ehiyatı qalıb.

Bu ilin yanvar-may ayları ərzində 136,4 min ton neft-kimya sənayesində istinadə üçün benzin, 254,4 min ton ağ neft, 885,9 min ton dizel yanacağı, 32,8 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 47,9%, ağ neft istehsalında 2,7%, dizel yanacağının istehsalında 4,2%, yanacaq mazutunun istehsalında 9% artım qeydə alınıb.

##relatedPost2##

Həmçinin, bu ilin beş ayında ölkədə 6,8 min ton sürtkü yağları, 72,8 min ton neft bitumu, 102 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 76,6%, neft bitumunun istehsalı 34,9%, neft koksunun istehsalı 7,4% azalıb.

pia.az