Ərdoğan: "Bazar günü Sisimi, yoxsa Binəli Yıldırımmı deyəcəyik?”

Türkiyə Prezidenti Ərdoğan bu gün İstanbulda tərəfdarları qarşısında çıxış edib
###reklam250###

Ərdoğan bir neçə gün əvvəl məhkəmə zalında qəfil vəfat edən Misirin sabiq prezidenti Mursini xatırladıb.

O deyib ki, Mursi devriləndə, müxalif CHP ona xoşagəlməz mesajlar verib: “Mursi devrilib, həbs ediləndə, bu CHP “Ərdoğanın da aqibəti belə olacaq” deyirdi. Bunların düşüncəsi budur. Lakin biz heç kimdən qorxmuruq. Biz kəfənimzi geyinib, bu yola çıxdıq. İndi mən sizdən soruşuram: bazar günü Sisimi (Misirin hazırkı prezidenti), yoxsa Binəli Yıldırımmı deyəcəyik?”.

Xatırladaq ki, bu bazar İstanbul şəhər bələdiyyəsinin sədrliyinə təkrar seçki keçiriləcək.

Seçkidə əsas yarışın 31 martda olduğu kimi, bu dəfə də CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-li Binəli Yıldırım arasında gedəcəyinə şübhə yoxdur.

pia.az