“Qarabağ” yenidən “Şerif”lə qarşılaşa bilər

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”yə uduzub mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək
###reklam250###

Artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibi də müəyyənləşib. Qurban Qurbanovun komandası ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) - “Saburtalo” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.

pia.az