Ermənistanın xarici işlər naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Görüşdə Anjey Kaspşik də iştirak edib
###reklam250###

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri – Edryu Şoffer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan “Facebook” səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

##relatedPost2##

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda həmsədlərin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq. (Report)

pia.az