Gəncədə xəstəxananın həyətində tapılan meyitin şəxsiyyəti məlum olub - Yenilənib-Foto

1991-ci il təvəllüdlü Tural Teymurovun ölüm səbəbi hələlik bəlli deyil
###reklam250###

Gəncədə xəstəxananın həyətindəki avtomobildə aşkarlanan meytin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, araşdırma zamanı onun Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Teymurov olduğu məlum olub.

İlk baxışda meytin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Onun dəqiq ölüm səbəbi aparılan tibbi ekspertizadan sonra məlum olacaq.

Hadisə şahidlərinin sözlərinə görə, meyit aşkarlanan avtomobildə başqa şəxslər də olub. Lakin onlar sonra avtomobili tərk edərək ərazidən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

pia.az